Bayden administrasiyası Ukraynaya 725 milyonluq yardım HAZIRLAYIR

Bayden administrasiyası Ukraynaya 725 milyonluq yardım HAZIRLAYIR

Hazırda oxunan: Bayden administrasiyası Ukraynaya 725 milyonluq yardım HAZIRLAYIR

222755

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukrayna üçün 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, paketə müxtəlif növ hərbi texnika və sursatlar, o cümlədən minalar, pilotsuz uçuş aparatları, “Stinger” zenit-raket kompleksləri və “HIMARS” reaktiv yaylım atəşi sistemləri üçün döyüş sursatları, “GLMRS” idarə olunan uzaq mənzilli raketlərin bir hissəsi olan kaset sursatları daxildir.

Nəşrin mənbəyi bildirib ki, ABŞ prezident administrasiyası dekabrın 2-də bu paket barədə Konqresə rəsmi məlumat verəcək. Bayden hələ bununla bağlı sənədi imzalamayıb, ona görə də yardımın məzmunu və məbləği dəyişə bilər.

Qeyd edək ki, ABŞ Ukraynaya müharibənin əvvəlindən bəri milyardlarla dollar dəyərində hərbi yardım göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO