“Belarusa qarşı sanksiya tətbiq edilməlidir” - Co Bayden Avropa İttifaqının təklifini dəstəklədi

“Belarusa qarşı sanksiya tətbiq edilməlidir” - Co Bayden Avropa İttifaqının təklifini dəstəklədi

Hazırda oxunan: “Belarusa qarşı sanksiya tətbiq edilməlidir” - Co Bayden Avropa İttifaqının təklifini dəstəklədi

22275

Protaseviçlə bağlı insident yalnız Minsk üçün deyil, həm də Moskva üçün də "nəticələr" tələb edir. Rusiya ola bilsin ki, bu hadisədə iştirak etməyib, ancaq ona qarşı da sanksiyalar tətbiq edilməlidir. Əks təqdirdə, Rusiya və Çin Lukaşenko kimi edə bilər. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Bloomberg”də Klara Ferreira Marquez adlı müəllif yazıb. 

O, xatırladır ki, yalnız ABŞ düşmənlərini həbs etmək üçün təyyarəni saxlayıb (Snouden misalında). 

İnosmi.ru saytında dərc edilən məqalədə deyilir ki, hətta Belarus standartlarına görə də Aleksandr Lukaşenkonun bir müxalifətçi jurnalisti həbs etmək üçün Avropada təyyarəni qaçırması həddən artıq ağısızlıqdır.

“Rusiyanın bu hadisədəki rolu da daxil olmaqla bir çox detal hələ bilinmir. Ancaq nəticə aydındır: bütün beynəlxalq hava səyahəti qaydalarına zidd olaraq bir müxalifin göydə tutulması Çin də daxil olmaqla daha böyük avtoritar dövlətlər üçün nümunə ola bilər. Yalnız Avropadan və digər Qərb ölkələrindən "narahatlıq ifadələri" yetərli olmayacaq.

Keçən ilin avqustundan bəri Lukaşenko Sovet rejiminə bənzər rejiminin yaşaması üçün mübarizə aparır.

Sonra, avqust ayında seçkilərdə növbəti (altıncı) dəfə çox sayda səs toplayaraq qələbə qazandığı barədə işlətdiyi ifadələri kütləvi küçə etirazlarına səbəb oldu. Nümayişlər və tətillər amansız basqılar və həbslərlə qarşılandı. Moskvanın Belarusa qarşı xeyirxah münasibəti sayəsində, bu keçmiş kolxoz sədri tənqidçilərinin bütün səylərinə baxmayaraq dayana bildi. Hələ o, müxalifətin ağzını bağlayır və gücünü daha da möhkəmləndirir. Yalnız keçən həftəni götürün: uzun müddətdir məşhur olan Belarus müxalifətinin tut.by xəbər saytı fəaliyyətini dayandırdı və səlahiyyətlilər ona qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açdılar.

Ancaq bir müxalifətçini ələ keçirmək üçün NATO ölkəsində Ryanair sərnişin təyyarəsini məcburi yerə endirmək ciddi bir eskalasiyadır. Putin Co Baydeni aprel ayında Ukrayna sərhədində hərbi güclə sınadı, Belarus isə daha da irəlilədi. Avropa ölkələri və ABŞ bazar günü təyyarənin enişi ilə bağlı bir izahat tələb etdilər. Çətin ki, o cavabı alsınlar, belə çağırışa sürətli və güclü cavab vermək üçün Brüsselin bu həftə keçirilməsi planlaşdırılan Avropa Birliyi liderlərinin zirvə görüşündən çox şey gözlənilir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı və Britaniyanın Belarusdakı keçmiş səfiri Nigel Gould-Davies bildirib ki, Lukaşenko öz xalqı üçün olan təhlükədən beynəlxalq təhlükəyə çevrilib. 

Hadisə Hollivud fantastikasına bənzəyir. Göyərtəsində 170 sərnişin olan Afinadan Vilnüsə gedən Ryanair təyyarəsi, göyərtədəki bomba səbəbiylə Belarus hava sahəsini tərk etmədən cəmi bir neçə dəqiqə marşrutu dəyişdirmək məcburiyyətində qalır. Uçuşu hava-hava raketləri ilə təchiz edilmiş hərbi təyyarə Minskədək müşayiət edir. Enişdən sonra hakimiyyət ölkədə əsas müstəqil xəbər mənbəyi olan Nexta Telegram xəbər kanalının keçmiş baş redaktoru, tanınmış jurnalist Roman Protaseviçi göyərtədə həbs edir.

Baqaja baxış “tamaşası” və xidməti itlərin köməyi ilə 26 yaşlı Protaseviçin həyata keçirilən həbsi Minskin əsl məqsədi barədə şübhə yaratmır. Müxalifət lideri Svetlana Tixanovskaya görə, Nexta Telegram kanalının keçmiş baş redaktoru cinayət ittihamları və hətta ölüm cəzası ilə üzləşir.

Avropanın dərhal bu insidentə şifahi açıqlaması ürəkaçan oldu. Avropa Komissiyasının başçısı Ursula von der Leyen “bu qanunsuz davranışın nəticələri" olacağını dedi.

Onlar nə ola bilər? Avropa İttifaqının 27 ölkəsinin hamısının Belarusa qarşı sanksiyalara razılıq verməsi heç də bunun tez bir zamanda baş verəcəyi ehtimalına gəlmir. Oslo Universitetinin Belarus üzrə mütəxəssisi Mariya Rohava bu hadisə ilə bağlı xüsusi bir cəzanın tətbiq edilməsini və status-kvonun dərhal bərpa olunmasını tələb edir. Əsas məqsəd Belarusun hava məkanını təhlükəli elan etmək, habelə Qərbin Lukaşenkoya açıqlama verənə, Protaseviç və sevgilisi (o da tutulub) sərbəst qalıncayadək milli nəqliyyat şirkəti “Belavia”ya məhdudiyyətlər qoymaqdır.

Daha irəli getmək üçün digər yol var. Mövcud Avropa sanksiyaları arasında Belarusa silah embarqosu qoyula, viza qadağası tətbiq edilə və insidentdə iştirak edən şəxslərin və şirkətlərin aktivləri dondurula bilər. 

Belə sərt tədbirlər Belarusun rəsmi Moskva tərəfindən gizli işğalını sürətləndirə bilər. Ancaq Rusiyanın tabeçiliyi Minski heç də məmnun etməyəcək.

Bu baxımdan Brüssel və Vaşinqton hadisələrin belə dəyişməsindən qorxmamalıdır. Belarusda müstəqil mediaya və vətəndaş cəmiyyətinə dəstək tədbirləri həyata keçirilməlidir.

Əgər Belarus belə addımı atırsa, nədən ərazisi daha geniş olan Rusiya tərəfindən belə bir şey edilə bilməz? Niyə Çin bunu təkrar etməsin? Axı o, başqa ölkələrdən dissidentləri geri qaytarıb”.

Bu arada ABŞ Prezidenti Co Bayden Aİ-nin Belarusla bağlı ünvanlı iqtisadi sanksiyalar və digər tədbirlər tətbiq etmək çağırışını dəstəkləyib.

Onun fikrincə, Belarusdakı təyyarə ilə bağlı insident və Protaseviçin saxlanılması beynəlxalq normaların təhqir edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO