Ukrayna ABŞ-dan 4,8 milyard dollar aldı - HANSI SAHƏYƏ XƏRCLƏNƏCƏK?

Ukrayna ABŞ-dan 4,8 milyard dollar aldı - HANSI SAHƏYƏ XƏRCLƏNƏCƏK?

Hazırda oxunan: Ukrayna ABŞ-dan 4,8 milyard dollar aldı - HANSI SAHƏYƏ XƏRCLƏNƏCƏK?

222644

“Sülh” layihəsi çərçivəsində Ukrayna ABŞ-dan 4,8 milyard dollar alıb. Bu vəsait islahatların həyata keçirilməsinə, eləcə də ölkənin bərpasına dəstək məqsədilə xərclənəcək.

Bizim.Media bu barədə Ukrayna hökumətinin başçısı Denis Şmıqalın “Telegram” kanalına istinadən xəbər verir.

“Sülh” layihəsi çərçivəsində Ukrayna Dünya Bankından 4,8 milyard dollar alıb. Bu, dövlətimizə islahatların həyata keçirilməsinə, habelə sosial və təhsil sahələrinə, səhiyyəyə, kənd təsərrüfatı məhsulları istehsalına, eləcə də bərpa layihələrinə dəstək məqsədilə yaradılan bankın tarixində ən böyük investisiyadır”, - deyə Baş nazir bildirib.
 

Onun sözlərinə görə, tammiqyaslı müharibə başlayandan bəri Ukrayna Dünya Bankı mexanizmi vasitəsilə artıq 50 milyard dollara yaxın vəsait əldə edib.


“Biz “Sülh” yardımını maliyyələşdirən Birləşmiş Ştatlara və inkişaf tərəfdaşlarına son dərəcə minnətdarıq” –deyə Şmıqal qeyd edib.

Qeyd edək ki, Dünya Bankı tərəfindən yaradılmış “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” proqramı ölkənin sosial və büdcə ehtiyaclarının maliyyələşdirilməsinə yönəlib. O, ahıl insanların pensiyası, məcburi köçkünlərə yardım, müəllimlərin və fövqəladə hallar xidmətinin işçilərinin maaşlarını təmin edir. Vəsaitlərin şəffaflığını və səmərəli istifadəsini təmin etmək üçün bank korrupsiyanın qarşısını alan və xərclərə nəzarət edən hərtərəfli monitorinq sistemi tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO