ABŞ Ədliyyə Nazirliyi yeni seçilən prezident Donald Trampa qarşı bütün federal işlərə xitam verib.
Bizim.Media xəbər verir ki, bu barədə Respublikaçı keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çun məlumat verib.
Qeyd edək ki, Tramp ABŞ-ı aldatmaq, şahid ifadələrini saxtalaşdırmaq, ABŞ vətəndaşlarının hüquqlarına qarşı sui-qəsd və proseslərə mane olmaq maddələri ilə ittiham edilirdi. Ona qarşı eyni zamanda Kapitoliyə hücum edərək 2020-ci il seçkilərinin nəticələrini dəyişməyə cəhdə görə yeni ittihamlar irəli sürülüb və avqustun 3-də federal məhkəməyə çağırılmışdı.
Donald Tramp həmçinin yay aylarında həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:15 / 25.11.2024
ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı bütün federal işlərə XİTAM VERDİ
Hazırda oxunan: ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı bütün federal işlərə XİTAM VERDİ
Hazırda oxunan: ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı bütün federal işlərə XİTAM VERDİ
222377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.