Moskva-Şarja reysi ilə uçan təyyarə Bakıya məcburi ENİŞ ETDİ

Moskva-Şarja reysi ilə uçan təyyarə Bakıya məcburi ENİŞ ETDİ

Hazırda oxunan: Moskva-Şarja reysi ilə uçan təyyarə Bakıya məcburi ENİŞ ETDİ

222363

“Air Arabia" aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.

Beynəlxalq hava limanından Bizim.Media-ya bildirilib ki, “Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib.
 

Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.


Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik reaksiya göstərmək və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün müasir tələblərə uyğun bütün zəruri infrastruktur və yüksək peşəkarlığa malik komandaya sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO