2025-ci ilin naviqasiyasında Rusiyanın ən böyük kruiz şirkəti və turizm operatoru “Vodoxod” yeni dəniz sinfinə aid “Nikolay Jarkov” gəmisi ilə Xəzər dənizi üzrə 5 ölkəni — Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanı birləşdirən ilk beynəlxalq kruizi təşkil etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Vodoxod” şirkətinin baş direktoru Rişat Baqautdinov “Rusiya Nəqliyyatı” forumunda danışıb.
Onun sözlərinə görə, Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı və Bəndər-Ənzəli limanlarına daxil olmaq nəzərdə tutulur:
"Xəzər dənizinin beynəlxalq limanlarında gəmi girişlərinin təşkili Xəzəryanı dövlətlərlə hökumətlərarası sazişlər imzalandıqdan sonra mümkün olacaq".
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:49 / 25.11.2024
Gələn il Xəzər dənizində kruiz marşrutu açılacaq
Hazırda oxunan: Gələn il Xəzər dənizində kruiz marşrutu açılacaq
Hazırda oxunan: Gələn il Xəzər dənizində kruiz marşrutu açılacaq
222291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.