Rusiya Azərbaycan və Ermənistan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “İzvestiya”ya müsahibəsində bildirib.
“İstənilən sülh müqaviləsinin hazırlanması əziyyətli və çox məsuliyyətli prosesdir. ... Moskva Ermənistanla Azərbaycan arasında mümkün qədər tez davamlı sülhün hökm sürməsində maraqlıdır. Eyni zamanda, region üçün taleyüklü olan bu sənəd bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanmalıdır”, - Rusiya səfiri bildirib.
“Rusiya üş ölkə liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna uyğun olaraq, erməni və azərbaycanlı tərəfdaşlarımıza ikitərəfli münasibətlərin tənzimlənməsində yardım göstərməyə həmişə hazırdır. Bu cür yardımın forma və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidirlər”, - Kopırkin əlavə edib.
Bizim.Media