Gürcüstan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Gürcüstan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Hazırda oxunan: Gürcüstan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

222051

Gürcüstan Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfulla Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

 

Bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının aparatının mətbuat xidməti məlumat yayıb.

 

“Memorandumun məqsədi iki ölkə arasında təhlükəsizlik sahəsində dostluq münasibətlərinin və əməkdaşlığın dərinləşdirilməsidir. Memorandum milli və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin aparılması və müxtəlif səviyyələrdə fikir mübadiləsinin aparılmasını nəzərdə tutur”, - məlumatda deyilir.

 

Sənəddə həmçinin birgə seminarların, ekspert görüşlərinin keçirilməsi, təcrübə mübadiləsinin aparılması da öz əksini tapıb.

 

Qeyd edək ki, Hacımüftüoğlu çərşənbə günü başlayan kibertəhlükəsizlik forumunda iştirak etmək üçün Tbilisiyə işgüzar səfərə gəlib. Türkiyə Təhlükəsizlik Şurasının baş katibi Gürcüstanın paytaxtında baş nazir İrakli Qaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze, Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri, xarici işlər naziri İlya Darçiaşvili ilə də görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO