“Ukrayna döyüşməyi dayandırsa da, müharibə bitməyəcək” – Polşa XİN rəhbəri

“Ukrayna döyüşməyi dayandırsa da, müharibə bitməyəcək” – Polşa XİN rəhbəri

Hazırda oxunan: “Ukrayna döyüşməyi dayandırsa da, müharibə bitməyəcək” – Polşa XİN rəhbəri

222020

“Müharibə Ukrayna döyüşü dayandırdıqda deyil, Rusiya Prezidenti Vladimir Putin döyüşü dayandırdıqda bitəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Amerikanın səsi” radiosuna müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Hər kəs sülh istəyir. Əgər Ukrayna təslim olsaydı, sülh olardı. Ona görə də Putin də sülh istəyir. Lakin söhbət sülhün hansı şəraitdə olacağından gedir. Ukrayna döyüşməyi dayandırdıqda müharibə bitməyəcək - bu halda Ukraynanın varlığı sona çatacaq. Putin döyüşü dayandırdıqda müharibə bitəcək. Bu o deməkdir ki, münaqişənin başa çatması üçün Rusiya lideri müharibənin yanlış seçim olduğu və qalib ola bilməyəcəyi qənaətinə gəlməlidir”, - deyə Sikorski vurğulayıb.

Polşalı nazir əlavə edib ki, ABŞ, Avropa və Ukraynanın Rusiyanın düşündüyündən də güclü kartları var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO