“NATO-nun baş katibi Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə çağırmaq niyyətindədir” - KİV

“NATO-nun baş katibi Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə çağırmaq niyyətindədir” - KİV

Hazırda oxunan: “NATO-nun baş katibi Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə çağırmaq niyyətindədir” - KİV

221852

NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyi və onu Ukrayna münaqişəsinin həllində Rusiyaya güzəştə getməməyə çağırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton post” qəzeti məlumat yayıb. 

Nəşr yazır ki, Rutte Ukrayna strategiyasını müzakirə etmək üçün Trampın Mar-a-Laqo iqamətgahına gələcək.

Qeyd edildiyi kimi, NATO-nun baş katibi böyük ehtimalla Trampa məlumat verəcək ki, Rusiyaya təslim olmaq ABŞ və Avropanın maraqlarına uyğun deyil.

Rutte amerikalı siyasətçiyə münaqişəni onun prezidentlik müddətinə təsir etməməsi üçün həll etməyi məsləhət görəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO