ABŞ səfirliyinin əməkdaşı Rusiyaya casusluq etdiyinə görə SAXLANILDI – DETALLAR

ABŞ səfirliyinin əməkdaşı Rusiyaya casusluq etdiyinə görə SAXLANILDI – DETALLAR

Hazırda oxunan: ABŞ səfirliyinin əməkdaşı Rusiyaya casusluq etdiyinə görə SAXLANILDI – DETALLAR

221839

Norveç Polis-Təhlükəsizlik Xidməti (PST) ABŞ-ın Oslodakı səfirliyinin təhlükəsizlik xidmətində çalışan əməkdaşını Rusiya və İranın xeyrinə casusluqda şübhəli bilərək saxlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Norveçin NRK nəşri məlumat yayıb.

“Dövlət sirlərinə qarşı kəşfiyyat fəaliyyətinə cəhddə ittiham olunan Norveç vətəndaşı saxlanılıb. Biz kifayət qədər geniş miqyaslı araşdırmanın ilkin mərhələsindəyik. Amerika hakimiyyəti ilə sıx və yaxşı əməkdaşlığımız var”, - PST bildirib.

Norveç Polis-Təhlükəsizlik Xidməti bu şəxsin ABŞ-ın təhlükəsizlik maraqlarını təhdid edən məlumatları ötürməyə hazırlaşdığını bildirib. Həmin şəxsin casusluq fəaliyyətinə nəzarət edən “kuratoru” olduğu üzə çıxıb.
 

Şübhəli şəxs isə ittihamları qəbul etmir. Onun vəkili bildirib ki, ittiham tərəfi şübhəlinin topladığı məlumatların Cinayət Məcəlləsinin müddəalarına aid olan strateji xarakterli olub-olmamasını sübut etməlidir.


Norveç qanunlarına görə, təqsirləndirilən şəxsi 13 ilə qədər həbs cəzası gözləyir. O, üçüncü ölkələrə qarşı casusluqda və Norveçin məxfi məlumatlarına çıxış əldə etməyə cəhddə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO