Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Rio-de-Janeyroda hipertonik böhran əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Braziliyanın "O Globo" qəzeti məlumat yayıb.
Mənbə qeyd edir ki, G20 sammitində iştirak etmək üçün Rio-de-Janeyroda olan ÜST rəhbəri Müasir İncəsənət Muzeyində (MİM) keçirilən tədbir zamanı ilk dəfə tibbi yardım üçün müraciət edib.
Sonra onun qan təzyiqi yüksəlib və o, G20 diplomatik blokunda növbətçi həkimlər qrupu tərəfindən müayinə olunub. Onun təzyiqi normallaşdıqdan sonra həkimlər dərman resepti yazıblar.
Nəticədə o, Rio-de-Janeyrodakı Samaritano Barra özəl xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, G20 liderlərinin sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:26 / 21.11.2024
ÜST-ün rəhbəri Rio-de-Janeyroda xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: ÜST-ün rəhbəri Rio-de-Janeyroda xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: ÜST-ün rəhbəri Rio-de-Janeyroda xəstəxanaya yerləşdirildi
221739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.