“Eurovision”da qalib gələn italiyalı narkotik testi verəcək

“Eurovision”da qalib gələn italiyalı narkotik testi verəcək

Hazırda oxunan: “Eurovision”da qalib gələn italiyalı narkotik testi verəcək

22161

“Eurovision” mahnı yarışmasında qalib gələn İtaliyanın “Maneskin” qrupunun solisti Damiano David könüllü olaraq narkotik testindən keçəcək.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı Avropa Yayım Birliyinə istinadən yayıb.

Mənbə yazır ki, komanda bütün ittihamları qətiyyətlə rədd edir.

“Narkotiklə bağlı haqqında danışılan müğənni evə gəldikdən sonra könüllü narkotik testindən keçəcək”. Bəyanatda belə deyilir.

Yarış təşkilatçılarının sözlərinə görə, “Maneskin”in üzvləri şayiə çıxdıqdan dərhal sonra narkotik testindən keçməyə hazır olduqlarını açıqlayıblar, lakin həmin gecə bunu həyata keçirmək mümkün olmayıb.

Bildirilib ki, David həmin vaxt qırılan şüşələrin qırıqlarını götürürmüş: “Yayım Birliyi təsdiq edə bilər. Sınıq şüşələrin hadisə yerində tapıldığı təsdiqlənib”.

Bundan əvvəl “Maneskin” qrupunun solisti David Damiano narkotikdən istifadə etməkdə ittiham edilmişdi. Yarışın yayımı zamanı italiyalının masaya necə əyildiyi və burnu ilə nəyisə nəfəs almağa hazırlaşdığı görünüb. Bu, azarkeşlərin narahatlığına səbəb olub, lakin mətbuat konfransında o, hər kəsi sakitləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO