Böyük Britaniyanın baş naziri Keir Starmer genişmiqyaslı müharibənin 1000-ci günü münasibətilə Rusiya prezidentinə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yayıb.
“Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsinin 1000-ci günündə bir daha deyirəm: müharibəni dayandırın. Ukraynanı tərk edin”, - deyə Starmer vurğulayıb.
Baş nazir, həmçinin qeyd edib ki, Putin G20 sammitinə ardıcıl üçüncü ildir ki, gəlmir: "O, öz sürgününün müəllifidir”.
Putinin Rusiyanın nüvə doktrinasına dəyişiklikləri imzalamasını şərh edən Britaniyanın baş naziri vurğulayıb ki, “Rusiyadan gələn bu məsuliyyətsiz ritorika bizi Ukraynanı dəstəkləməkdən çəkindirməyəcək”.
Xatırladaq ki, G20 sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edib.
Bizim.Media