Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?

Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?

Hazırda oxunan: Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?

221589

Gürcüstanda seçkilərdən sonra yaranan gərginlik davam edir. Müxalifət etiraz aksiyalarını daha da gücləndirmək istəyir. İqtidarsa öz mövqeyində qəti dayanıb və israrla heç bir güzəştə getməyəcəyini bəyan edir. Buna baxmayaraq, hakim "Gürcü Arzusu"na beynəlxalq təzyiqlər də artmaqda davam edir.

Maraqlıdır, Gürcüstan prezidentinin seçkinin nəticələrinin saxta olması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətin və Avropa İttifaqının seçki ilə bağlı araşdırma üçün xüsusi missiya göndərməklə bağlı açıqlamasından sonra qonşu ölkədə proseslər necə inkişaf edəcək?

Müxalifətin mübarizəsi hansısa nəticə verəcəkmi? Hakimiyyəti güzəştə getməyə sövq etmək mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media -ya açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun fikrincə, proseslərin gedişi Gürcüstanla Avropa İttifaqı arasında gərginliyə gətirib çıxara bilər:

“Gürcüstanda seçkilərdən sonra hüquqi prosedurlar yekunlaşmaq üzrədir. Ən maraqlısı isə odur ki, parlamentin ilk iclası necə çağırılacaq? Bu parlamentin legitimliyi Avropa qurumları tərəfindən tanınacaqmı?!

Avropa İttifaqının sözügedən təşəbbüsü isə birbaşa Gürcüstanın daxili işlərinə qarışmaq deməkdir. Düşünmürəm ki, Gürcüstan hakimiyyəti buna icazə verəcək. Bu da Avropa İttifaqı qurumları ilə Gürcüstan arasında növbəti dəfə gərginliyə gətirib çıxaracaq”.

Politoloq qeyd edib ki, Gürcüstan müxalifəti Trampın prezident kürsüsünə əyləşməsini gözləyir:

“Gürcüstanda küçələrdə aksiyalar yenidən baş qaldırıb. Amma qışın gəlməsinə qədər bu aksiyalar kütləviliyini qoruyub saxlasa, orda yenə ara qarışa bilər. Lakin əgər şaxta düşənə qədər bu kütləvilik sistemli şəkildə qorunmasa, onda düşünmək olar ki, artıq iş-işdən keçib və parlament öz işinə başlayacaq.

Zənnimcə, Gürcüstan hakimiyyəti də Trampın inaqurasiyasını gözləyir. Ondan sonra tamamilə yeni mənzərə olacaq. Gürcüstana əsasən, Avropa İttifaqı tərəfindən olan tələbat hazırkı ziddiyyətləri üstələyəcək. Ümid onadır”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO