İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan köçürülməsi ilə bağlı tapşırıq verib.
Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pezeşkian Hörmüzqan, Sistan və Bəlucistan əyalətlərinin nümayəndələr məclisinin üzvləri ilə keçirdiyi görüşlərdə bildirib.
Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian birinci müavini Məhəmmədrza Arifə paytaxtın Tehrandan köçürülməsi planı ilə bağlı işlərin başlanmasını tapşırıb.
O, ölkənin cənub və inkişafdan kənar qalan əyalətlərinin gücləndirilməsini hökumətin siyasətinin əsas sütunlarından biri hesab edib:
“Ölkənin iqtisadi və siyasi mərkəzini cənuba və dənizə yaxın yerə köçürməkdən başqa çarəmiz yoxdur. Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəni ekoloji böhranlar və bir çox başqa problemlərlə üz-üzə qoya bilər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:16 / 20.11.2024
Pezeşkian İranın paytaxtının Tehrandan köçürülməsi ilə bağlı TAPŞIRIQ VERDİ
Hazırda oxunan: Pezeşkian İranın paytaxtının Tehrandan köçürülməsi ilə bağlı TAPŞIRIQ VERDİ
Hazırda oxunan: Pezeşkian İranın paytaxtının Tehrandan köçürülməsi ilə bağlı TAPŞIRIQ VERDİ
221581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.