“Qəzzada aclıq təhlükəsi beynəlxalq təsnifata görə “fəlakət” həddinə çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçirilən G-20 liderlərinin sammitində çıxışı zamanı deyib.
O Qəzza əhalisinin 96%-nin, yəni 2 milyondan çox insanın sağlam qida və suya çıxışı olmadığını bildirib.
Ərdoğan Türkiyənin Qəzzaya 86 min tondan çox humanitar yardım etdiyini, əhalinin ehtiyacları üçün Livana 1300 tondan çox material göndərildiyini xatırladıb: “Qəzzada baş verən humanitar fəlakət qarşısında mən bir daha təcili və daimi atəşkəsə çağırıram”.
Bizim.Media