Putin: Rusiya danışıqlardan heç vaxt imtina etməyib

Putin: Rusiya danışıqlardan heç vaxt imtina etməyib

Hazırda oxunan: Putin: Rusiya danışıqlardan heç vaxt imtina etməyib

221133

Ukrayna böhranı NATO-nun Ukraynada anti-Rusiya zəmini yaratmaq məqsədi daşıyan aqressiv siyasəti nəticəsində baş verib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşündə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Ukrayna ilə hazırkı böhran NATO-nun təcavüzkar siyasətinin birbaşa nəticəsidir”


Müvafiq məlumat Kremlin rəsmi saytında dərc olunub.

"Vladimir Putin xatırladıb ki, mövcud böhran NATO-nun uzun illər davam edən təcavüzkar siyasətinin birbaşa nəticəsi olub. Bu siyasət Ukrayna ərazisində təhlükəsizlik sahəsində Rusiyanın maraqlarına məhəl qoymamaq və rusdilli sakinlərin hüquqlarını pozaraq anti-Rusiya zəmininin yaradılmasına yönəldilib" – məlumatda deyilib.

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Rusiya danışıqlardan heç vaxt imtina etməyib və Kiyev rejimi tərəfindən kəsilmiş danışıqların bərpasına hazırdır.
 

Ölkənin təklifləri, o cümlədən iyun ayında Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışdan yaxşı məlumdur və açıqlanıb. Mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalı, yeni ərazi reallıqlarından çıxış etməli və ən əsası, münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır.


Daha əvvəl bildirilmişdi ki, Vladimir Putin və Olaf Şolts telefon danışığı zamanı gələcəkdə də əlaqə saxlamaq barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO