Kampaniya zamanı Harris reklamlara, məşhurların tədbirlərinə, konsertlərə və digər yığıncaqlara həftədə 100 milyon dollara qədər pul xərcləyərək demokratların tənqidinə tuş gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times“ yazıb.
Əhəmiyyətli maliyyə üstünlüyünə və 15 həftəlik kampaniyada 1,5 milyard dollar xərcləməsinə baxmayaraq, Harris bütün əsas ştatlarda Donald Trampa uduzub.
Bizim.Media