ABŞ mediası Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırdı

ABŞ mediası Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırdı

Hazırda oxunan: ABŞ mediası Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırdı

221105

ABŞ mətbuatı Serbiya Prezidenti Aleksandar Vuçiçi Qərbi Balkan regionunun lideri adlandırır.

Bizim.Media xəbər verir ki, “Bloomberg” agentliyi tərəfindən dərc edilən məqalədə Aleksandar Vuçiçin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampla ilk telefon danışığı aparan dövlət başçılarından biri olduğu bildirilir. 

Yazıda xüsusi olaraq amerikalı milyarder İlon Maskın Donald Trampın dünyanın müxtəlif ölkələrinin liderləri ilə telefon danışıqlarında iştirak etməsindən, onun Aleksandar Vuçiçin ABŞ-ın yeni seçilmiş Prezidenti ilə apardığı telefon danışığına qoşulduğundan bəhs olunur.

Diqqətə çatdırılır ki, telefon danışığının əhəmiyyətini “Newsmax” televiziyasının sahibi Kirs Rudinin də söhbətə qoşulması sübut edir.

“Balkan regionunun lideri noyabrın 5-dəki seçkilərdə qələbə qazandıqdan sonra Donald Trampla telefon danışığı aparan ilk 10 və ya 15 dövlət başçısı arasındadır və bu, böyük şərəfdir”, – deyə “Bloomberg” yazır.

Məqalədə vurğulanır ki, Aleksandar Vuçiç Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib:

“Prezident Donald Tramp Serbiyanı çox yaxşı tanıyır və onunla birlikdə telefon danışığında iştirak edən İlon Mask, həmçinin Kris Rudi bunu xüsusilə yaxşı bilir”.
 

“Bloomberg” Aleksandar Vuçiçi Balkan regionunun lideri adlandırır və yazır ki, Serbiya Prezidentinin İlon Mask və Kris Rudinin bu qədər təsir və marağına necə nail olması maraq doğurur.


Yazıda Serbiya Prezidentinin Rusiya ilə yanaşı, Qərblə də balanslaşdırılmış münasibətlər saxlaması xüsusilə diqqətəlayiq hal kimi qeyd olunur. Həmçinin Serbiyanın Avropanın ən böyük litium mədənini inkişaf etdirmək planı ilə elektrikli nəqliyyat vasitələrinin istehsalı üçün mühüm xammal tədarük zəncirində potensial əhəmiyyətli “oyunçu” olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO