Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən Ambarlı Limanı və Öncüpınar Gömrük Qapısında həyata keçirilən əməliyyatlar zamanı 1 milyon 380 min "Captagon" həb ələ keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, əməliyyat zamanı 12 konteyner riskli olaraq qiymətləndirilib və ətraflı müayinədən keçirilib. Konteynerdə aparılan yoxlamalar zamanı, həmçinin 26 min 520 qarışdırıcı maşın aşkarlanıb.
Müsadirə edilən malların ümumi dəyərinin təxminən 120,5 milyon türk lirəsi olduğu müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 17.11.2024
Türkiyədə əməliyyat: 1 milyon 380 min narkotik həb ələ keçirildi
Hazırda oxunan: Türkiyədə əməliyyat: 1 milyon 380 min narkotik həb ələ keçirildi
Hazırda oxunan: Türkiyədə əməliyyat: 1 milyon 380 min narkotik həb ələ keçirildi
221079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.