Qırğızıstanın 33 şəhər və 231 kəndində yerli şuralara deputat seçkiləri başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
“33 şəhər və 231 kənddə yerli özünüidarəetmə orqanlarına deputat seçkiləri üzrə səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 20:00-dək (Bakı vaxtı ilə 06:00-18:00) açıq olacaq. Qeydiyyata alınmış 3 milyondan bir az çox seçici seçkilərdə iştirak edə biləcək və onlar üçün 2437 seçki məntəqəsi açılacaq.
Səsvermə prosesini Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Hindistan, Qazaxıstan, Moldova, Monqolustan, Türkiyə və Özbəkistanın Mərkəzi Seçki komissiyalarından 54 beynəlxalq müşahidəçi izləyir.
Qırğızıstanda istisnasız olaraq bütün seçkilərdə, o cümlədən yerli şuraların deputatlarına seçkilərdə elektron seçki qutularından istifadə olunur ki, onlar onlayn səsvermə başa çatdıqdan sonra seçkilərin ilkin nəticələrini mərkəzi serverə göndərirlər. Seçicilərin biometrik məlumatları yoxlanılaraq müəyyən edilir.
Seçkilərdə 4928 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. Daxili İşlər Nazirliyinin rəhbəri Ulanbek Niyazbekovun sözlərinə görə, səsvermə günü asayişin qorunmasına 15 minə yaxın polis əməkdaşı nəzarət edir.
Bizim.Media