Polşa Prezidenti Andjey Dudanın sabah Türkiyəyə səfəri gözlənilir.
Bizim.Media-nın məlumatına görə, səfər çərçivəsində A.Dudanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və heyətlərarası görüşü olacaq.
MÖVZU İLƏ BAĞLI:
Polşa prezidenti Rusiyanı "azadlığın düşməni" adlandırdı
Məlumatda bildirilib ki, Avropa İttifaqı və NATO üzvü olan Polşanın Türkiyədən ilk dəfə 24 ədəd operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı pilotsuz döyüş (PUA) təyyarəsi alacaq.
Qeyd edək ki, Polşa mətbuatı da Türkiyədən 24 PUA (SİHA) alınacağı haqqında məlumat yayıb, Polşanın Müdafiə Nazirliyi sosial şəbəkədə Türkiyədən SİHA alacağı haqqında paylaşım edib.
O, özünün Twıtter səhifəsindən Türkiyənin “Baykar” şirkətinin istehsalı olan SİHA-ların şəklini paylaşaraq, "Yaxşı xəbər gəlməkdədir, Gözləyin” deyə bildirib.
Bizim.Media