ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tulsi Qabbardın namizədliyini ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Mənbə qeyd edir ki, Tulsi Qabbard Ukrayna prezidenti Volodimir Zelenskini kəskin tənqid etməklə və onu Rusiya Federasiyası ilə dialoqa çağırmaqla yadda qalıb.
Xatırladaq ki, Tulsi Qabbard xarici siyasət məsələlərində açıq-saçıq mövqeyi ilə tanınır. O, dəfələrlə ABŞ-ın beynəlxalq səhnədəki siyasətini tənqid edərək, diplomatiyanın vacibliyini vurğulayır, Amerikaya və ya digər ölkələrə fayda verməyən müdaxilələri pisləyir.
Qabbard bir müddət öncə ABŞ-ın Ukraynaya hərbi yardımı haqqında isə sərt açıqlama verib: “Birləşmiş Ştatlar Ukraynaya silah və yardıma milyardlarla dollar ayırmaqla, Ukrayna xalqı üçün dağıdıcı olan uzunmüddətli münaqişəni təşviq edir. Biz müharibəni qızışdırmaq əvəzinə sülh danışıqlarını aparmalıyıq".
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:54 / 14.11.2024
Tramp Zelenskini tənqid edən Qabbardı kəşfiyyat rəhbəri vəzifəsinə GƏTİRƏCƏK
Hazırda oxunan: Tramp Zelenskini tənqid edən Qabbardı kəşfiyyat rəhbəri vəzifəsinə GƏTİRƏCƏK
Hazırda oxunan: Tramp Zelenskini tənqid edən Qabbardı kəşfiyyat rəhbəri vəzifəsinə GƏTİRƏCƏK
220600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.