İran prezidenti Məsud Pezeşkian İran və ABŞ arasında regional və beynəlxalq müstəvidə qarşıdurmaların qaçılmaz olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Pezeşkian deyib ki, onun administrasiyası dostlarla yaxınlığa və düşmənlərə dözümlü olmağa inanır:
“Daxili problemləri həll etmək və ölkəni inkişaf etdirmək üçün bizə daxili məsələləri həll etməklə yanaşı, beynəlxalq əlaqələr qurmaq, gərginliyi aradan qaldırmaq, regional və dünya ölkələri ilə qarşılıqlı fəaliyyət və ünsiyyət şəraitini yaxşılaşdırmaq lazımdır”.
İnanıram ki, ABŞ-la belə, istəsək də, istəməsək də, sonda regional və beynəlxalq arenada qarşılaşmalı olacağıq. Ona görə də bu sahəni özümüz idarə etməyimiz daha yaxşıdır”, - deyə İran prezidenti əlavə edib və öz administrasiyasının İran quruluşunun əsas strategiya və yanaşmalarına sadiqliyini təsdiqləyib.
Bizim.Media