Fransa polisi İsraillə futbol matçına görə SƏFƏRBƏR EDİLDİ

Fransa polisi İsraillə futbol matçına görə SƏFƏRBƏR EDİLDİ

Hazırda oxunan: Fransa polisi İsraillə futbol matçına görə SƏFƏRBƏR EDİLDİ

220172

Fransanın paytaxtı Parisdə keçiriləcək Fransa-İsrail oyunu ilə əlaqədar insidentlərin qarşısını almaq üçün 4 min polis əməkdaşı səfəbər edilib.

Bizim.Media CNN Türk-ə istinadən xəbər verir ki, keçən həftə Hollandiyada Ajax-Makkabi Təl-Əviv matçı ilə əlaqədar baş verən hadisələrdən sonra  Parisdə keçiriləcək futbol matçı üçün təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. 
 

Paris polisinin yaydığı bəyanatda cümə axşamı Fransa-İsrail UEFA Millətlər Liqası matçının təhlükəsizliyini təmin etmək üçün 4 min polis və 600 stadion əməkdaşının təyin edildiyi bildirilib. Matçın oynanılacağı “Stade de France” stadionunun ətrafında 2500 polis əməkdaşının, şəhərdə və ictimai nəqliyyatın ətrafında 1500 polis əməkdaşının yerləşdiriləcəyi qeyd edilib. 


Açıqlamada stadionun ətrafında təhlükəsizlik perimetrinin yaradılacağı, girişlərdə axtarış aparılacağı, fransız təşkilatçıların İsrail hakimiyyəti və təhlükəsizlik qüvvələri ilə əlaqə saxladığı bildirilib.

Qeyd edək ki, “Elysee Palace” Fransa Prezidenti Emmanuel Makronun da matçı stadionda izləyəcəyini açıqlayıb.

İsrail Milli Təhlükəsizlik Şurasının dünən verdiyi bəyanatda xaricdəki İsrail vətəndaşlarına idman və mədəni tədbirlərdə və Parisdəki matçda iştirak etməmək və zorakı hücumlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO