Türkiyənin dövlət qurumu olan Anadolu agentliyi mətbuat konfransında daxili işlər naziri Süleyman Soylu ilə mütəşəkkil cinayətkarların əlaqələrini soruşan müxbir Musab Turanı işdən çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Bundan əvvəl, Türkiyənin məşhur kriminal patronlarından biri, xaricdə gizlənən Sedat Peker “YouTube”da bir sıra keçmiş və hazırkı yüksək rütbəli məmurları, xüsusən Soylunu korrupsiyada və mafiyada əlaqələrdə ittiham etdiyi bir neçə video yayımlayıb.
Cümə günü keçirilən mətbuat konfransında Turan Türkiyənin Sənaye və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərləri - Mustafa Varank və Bəkir Pakdemirlidən hökumətin bu ittihamlara reaksiya verib-verməyəcəyini soruşub, əlavə edib ki, Soylu hakim partiyaya ciddi mənəvi ziyan vurur.
"Mətbuat konfransında jurnalistika meyarlarına cavab verməyən suallar verən Anadolu agentliyinin müxbiri Musab Turan ilə müqavilə ləğv edilib. O, bunu sosial media hesabından canlı yayımlayaraq siyasi təbliğat hərəkətinə çevirib", deyə açıqlamada deyilir.
Turanın "hər hansı bir terror təşkilatının üzvü" olub-olmadığını yoxlamaq üçün prokurorluğa tələb göndərildiyi qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:59 / 22.05.2021
Türkiyəli nazirlə bağlı sual verən Anadolu agentliyinin jurnalisti işdən qovuldu
Hazırda oxunan: Türkiyəli nazirlə bağlı sual verən Anadolu agentliyinin jurnalisti işdən qovuldu
Hazırda oxunan: Türkiyəli nazirlə bağlı sual verən Anadolu agentliyinin jurnalisti işdən qovuldu
22015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.