Qətər İsrail və HƏMAS arasında atəşkəs danışıqlarından geri çəkildiyi ilə bağlı iddiaları təsdiqləyib.
Bizim.Media “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub:
“Qətər dövləti 10 gün əvvəl son təşəbbüsdə tərəflərə məlumat vermişdi ki, əgər bu raundda razılıq əldə olunmasa, HƏMAS və İsrail arasında vasitəçilik səylərini dayandıracaq”.
Bəyanatda həmçinin Qətərin danışıqlara yenidən qoşulması üçün tələb olunan şərtə diqqət çəkilib:
"Tərəflər mülki əhalinin çəkdiyi əzablara son vermək üçün səmimi və qərarlı olduqlarını göstərdikdə, Qətər tərəfdaşları ilə birlikdə bu səyləri davam etdirəcək, müharibəni bitirmək və əsirləri geri qaytarmaq üçün ön sıralarda olacaq".
Eyni zamanda bildirilib ki, Qətərin Dohadakı HƏMAS ofisini bağlama qərarı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:33 / 10.11.2024
Qətər İsrail-HƏMAS vasitəçiliyindən ÇƏKİLDİ
Hazırda oxunan: Qətər İsrail-HƏMAS vasitəçiliyindən ÇƏKİLDİ
Hazırda oxunan: Qətər İsrail-HƏMAS vasitəçiliyindən ÇƏKİLDİ
220042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.