Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə “Cairo24” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media