Türk cərrahlardan mürəkkəb əməliyyat: İki ürəyi bir-birindən ayırdılar - FOTO

Türk cərrahlardan mürəkkəb əməliyyat: İki ürəyi bir-birindən ayırdılar - FOTO

Hazırda oxunan: Türk cərrahlardan mürəkkəb əməliyyat: İki ürəyi bir-birindən ayırdılar - FOTO

219775

Türkiyədə əlcazairli Rinas və Rinad adlı Siam əkizləri əməliyyat edilərək bir-birindən ayrılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, kardioloq, pediatr, plastik cərrahlar və orqan nəqli həkimlərindən ibarət heyətin cərrahi müdaxiləsi nəticəsində körpələr bir-birindən uğurla ayrılıb.
 

Əməliyyatın ən çətini - əkizlərin ürəyini bir-birindən ayrımağı Acıbadəm Universitetinin ürək-damar cərrahı, professor Ersin Erek həyata keçirib.


“Adətən, cərrahi müdaxilələrdə perikarda çatdıqda döyünən ürək görürük. Ancaq burada iki ürək görmək bizim üçün çox qeyri-adi hadisə idi. Körpələr bir ürək kisəsini paylaşırdılar. Rinasın ürəyində ciddi qüsur vardı. Əməliyyatımızla hər iki ürək üçün kisə yaratdıq. Onlar bundan sonra iki ayrı bədəndə sağlam şəkildə döyünməyə davam edəcəklər”,- deyə o bildirib.

Rekonstruktiv və estetik cərrah Ərdəm Güvən isə əkizləri birləşdirən sümük toxumasını dəyişərək döş sümüyü yaratdıqlarını deyib.

Hazırda sağlamlığına qovuşan körpələri qucağına alan Belkacem ailəsi sevinclə ölkələrinə dönməyə hazırlaşırlar. Onlar Türkiyəyə və türk həkimlərə təşəkkür ediblər.


Rəna, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO