Xuliqanlıq ittihamı ilə həbs edilmiş “Oleq Bakinski” kimi tanınan kriminal avtoritet Oleq Krapivinin ilkin həbs müddəti uzadılıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ibtidai araşdırmanın davam etməsini, təqsirləndirilən şəxsin istintaqdan yayınma ehtimalını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, “Oleq Bakinski”nin həbsdə saxlama müddəti daha 1 ay uzadılıb.
Qeyd edək ki, ukraynalı tanınmış milyonçu “Oleq Bakinski” üç ay əvvəl Bakıda həbs edilib. O, Rusiya vətəndaşına qarşı xuliqanlıq hərəkətləri etməkdə ittiham olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:10 / 07.11.2024
“Oleq Bakinski”nin ilkin həbs müddəti UZADILDI
Hazırda oxunan: “Oleq Bakinski”nin ilkin həbs müddəti UZADILDI
Hazırda oxunan: “Oleq Bakinski”nin ilkin həbs müddəti UZADILDI
219646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.