Tramp gəldi, dollar YÜKSƏLDİ – Manatı nə GÖZLƏYİR?

Tramp gəldi, dollar YÜKSƏLDİ – Manatı nə GÖZLƏYİR?

Hazırda oxunan: Tramp gəldi, dollar YÜKSƏLDİ – Manatı nə GÖZLƏYİR?

219645

Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyini elan etməsi ilə ABŞ istiqrazlarının gəlirləri və dollar bahalaşıb. Tramp tərəfdarları qarşısında çıxışında qələbəsini elan etdikdən sonra dünyanın ən böyük iqtisadiyyatında seçkilərin nəticələri qlobal aktivlərə təsir etməkdə davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

Trampın “QARA SİYAHISI” – Bu şəxslərdən qisas alacaq


ABŞ-da 10 illik xəzinə istiqrazı faizi 18 bənd artaraq 4,47 faizə yüksələrək son 4 ayın ən yüksək səviyyəsinə çatıb. 2 illik xəzinə istiqrazı da 4,31 faiz artıb. Dollar indeksi 1,5 faiz artaraq 104,97-yə çatıb. Avro/dollar pariteti 1,7 faiz azalaraq 1,0744-ə düşüb.

ABŞ-da prezident seçkilərindən sonra neft və mis kimi təbii sərvətlərin qiyməti ucuzlaşıb.

Görəsən, dolların güclənməsinin manata da təsiri olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, dolların güclənməsinin manata hər hansı bir təsiri olmayacaq:

“İlk növbədə onu qeyd edim ki, seçkidən sonra dolların aparıcı valyutalara, avro, funt sterlinq, yapon yeni, Avstraliya, Kanada dollarına nisbətdə məzənnəsində dalğalanma olsa da, bu özünü elə də güclü şəkildə göstərmədi. Ümumiyyətlə, dolların digər valyutalara nisbətdə mövqeyinin möhkəmlənməsi son bir ay ərzində müşahidə olunurdu. Amma illik qrafiklərə diqqət yetirsək, onu müəyyən olunmuş dəhlizdə dalğalanma kimi qiymətləndirmək olar. Yəni ralli formatında trend yaranmadı.

Manatın məzənnəsinə gəlincə...

Ekspert manatın məzənnəsinin sabit qalacağını düşünür:

“Azərbaycan manatının idarəetmə üslubunda mərkəzləşdirilmiş adminstrativ idarəetmə üslubu üstünlük təşkil edir. Bundan əvvəlki dövrlərdə də dollar digər valyutalara qarşı bahalaşsa da, Azərbaycan manatı öz stabilliyini qoruyub saxlayıb. Çünki manat üzən məzənnə rejimindən kənardadır.

Digər tərəfdən, məzənnəni formalaşdıran amillərə diqqət yetirəndə də görürük ki, manata hər hansı bir təhlükə yoxdur. Mərkəzi Bankın son illər apardığı tarazlı siyasət, habelə makroiqtisadi göstəricilər, valyuta ehtiyatlarının səviyyəsi, idxalla ixrac arasındakı müsbət saldo və s. göstəricilər yaxın gələcəkdə manatın ucuzlaşması istiqamətində problemlərin olmayacağını söyləməyimizə imkan verir”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO