Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın seçilmiş prezidenti Donald Trampa telefon zəngi edərək onu 2024-cü il prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən verilən açıqlamada məlumat verilib.
Məlumata görə, telefon danışığı zamanı Prezident Ərdoğan Donald Trampı seçkilərdəki müvəffəqiyyətinə görə təbrik edib və yeni dövrdə ABŞ ilə Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda fikirlərini bölüşüb.
Ərdoğan, həmçinin iki ölkə arasında siyasi, iqtisadi və ticarət sahələrində mövcud olan əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq məsələlərdə birlikdə hərəkət etmənin önəmli olduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:25 / 07.11.2024
Ərdoğan Trampa zəng etdi
Hazırda oxunan: Ərdoğan Trampa zəng etdi
Hazırda oxunan: Ərdoğan Trampa zəng etdi
219587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.