Aİ Trampın yenidən ticarət müharibəsinə başlayacağından NARAHATDIR

Aİ Trampın yenidən ticarət müharibəsinə başlayacağından NARAHATDIR

Hazırda oxunan: Aİ Trampın yenidən ticarət müharibəsinə başlayacağından NARAHATDIR

219535

Avropa İttifaqı (Aİ) ötən gün keçirilən seçkilərdə ABŞ prezidenti seçilən Donald Trampın yenidən ticarət müharibəsinə başlaya biləcəyindən ehtiyat edir.

Bizim.Media xəbər verir ki, bu barədə DW məlumat yayıb.
 

Bildirilib ki, Respublikaçı artıq Avropa məhsullarına rüsum tətbiq etmək istədiyini bəyan edib. İqtisadçıların fikrincə, bu cür tədbirlər Aİ-dən cavab rüsumlarına gətirib çıxara bilər ki, bu da “xarici ticarəti daha da ağırlaşdıracaq”.


“Biz Avropa və Çin mallarına idxal rüsumlarını tənqid edirik. Dünyanın daha çox deyil, daha az ticarət məhdudiyyətlərinə ehtiyacı var”, - Almaniyanın BGA xarici ticarət assosiasiyasının prezidenti bildirib.

Qeyd edək ki, ötən gün ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlmək üçün tələb olunandan daha çox səs (277) toplayıb.

Trampın rəqibi, Demokratlar partiyasının namizədi Kamala Harris səslərin 226-nı qazanıb. Seçkilərdə qalib olmaq üçün isə 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO