Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti öz işinə davam edir.
Bizim.Media xəbər verir ki, bu gün sammit çərçivəsində panel müzakirələri davam etdiriləcək və bəyannamə qəbul ediləcək.
Qeyd edək ki, Sammitdə 30-a yaxın ənənəvi dinlərin liderləri, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələri iştirak edir.
Xatırladaq ki. Sammitin birinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciəti oxunub.
Bizim.Media