“Avropa İttifaqı (Aİ) ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrini gözləyir, çünki Aİ-nin Ukrayna ilə bağlı gələcək siyasəti onlardan asılı olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Birliyin rəsmisi məlumat yayıb.
“İndi biz, belə demək mümkünsə, ABŞ-də seçkilər ərəfəsində sanki “nəfəsimizi tutub saxlamışıq”. ABŞ-nin bu məsələ ilə bağlı siyasəti bir sıra Avropa dövlətləri üçün həlledici olacaq”, - agentliyin həmsöhbəti qeyd edib.
Onun fikrincə, Avropa ölkələri Kiyevi dəstəkləməkdə davam edəcək, lakin assosiasiyanın bütün üzvlərinin bu şəkildə hərəkət edib-etməyəcəyi sual altındadır.
Qeyd edilib ki, Aİ-nin mövqeyi əsasən Amerika seçkilərinin nəticələrindən asılı olacaq.
Qeyd edək ki, bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçirilir. Prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisdir.
Erkən seçimlərə oktyabr 26-dan start verilib. Ölkə üzrə artıq 78 milyondan çox seçici erkən səsvermədə iştirak edərək səslərini verib. Onlardan 55 faizi bunu seçki məntəqəsinə gedərək edib, 45 faizi isə səslərini poçt vasitəsilə göndərib. Səs verənlərdən 41 faizi Demokratlar Partiyasını, 39 faizi Respublikaçılar Partiyasını dəstəkləyənlər, yerdə qalan 20 faizi isə digər siyasi görüşlərə malik insanlardır.
Bizim.Media