Qafqazın Şeyxi bütün dini liderlərə çağırış etdi

Qafqazın Şeyxi bütün dini liderlərə çağırış etdi

Hazırda oxunan: Qafqazın Şeyxi bütün dini liderlərə çağırış etdi

219302

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib.

Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu təkliflə QMİ sədri COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxış edib.

O, COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən birinin Qlobal atəşkəs təşəbbüsü olduğunu və dünyanın xilası və gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstək olmalarına çağırış edib:
 

"Bu məramla, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər. Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaq".


Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO