Şimali Koreyanın xarici işlər naziri Kremlə gəldi

Şimali Koreyanın xarici işlər naziri Kremlə gəldi

Hazırda oxunan: Şimali Koreyanın xarici işlər naziri Kremlə gəldi

219242

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Hini Kremlin nümayəndəlik kabinetində qəbul edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
 

“Prezident Putin Rusiyada işgüzar səfərdə olan Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Tsoy Son Hini Kremldə qəbul edib”, - mətbuat katibi deyib.


Tsoy Son Hi görüşə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib və KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen Inın səmimi salamlarını çatdırıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tsoy Son Hinin səfərinin iyunda Pxenyanda Rusiya-Koreya sammiti zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq həyata keçirildiyini qeyd etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO