Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.
Bizim.Media xəbər verir ki, yerli MSK-nın açıqladığı nəticəyə əsasən, seçki protokollarının 98,92% faizi sayılıb və Moldovanın hazırkı prezidenti Maya Sandu ikinci turda qalib gəlib.
O, 55,04 faiz, rəqibi Aleksandr Stoyanoqlo isə 44,96 faiz səs toplayıb.
Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.
Eyni gündə, oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum baş tutmuşdu. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Aİ-yə üzvlüyü seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:54 / 04.11.2024
Maya Sandu prezident seçkilərində QALİB GƏLDİ
Hazırda oxunan: Maya Sandu prezident seçkilərində QALİB GƏLDİ
Hazırda oxunan: Maya Sandu prezident seçkilərində QALİB GƏLDİ
219117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.