Rusiya Xarici İşlər Naziri Sergey Lavrov “Yeni Bilik” forumunda Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) qoşulma ehtimalını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “news.ru” saytı məlumat yayıb.
Lavrov TDƏŞ-in dövlətlərarası bir təşkilat olduğunu xatırladıb:
“Üzvlük üçün dominant əhalinin türk olması lazımdır”.
Nazir buna baxmayaraq Rusiyanın quruma qoşulacağı üçün heç bir problem görmədiyini vurğulayıb. Onun sözlərinə görə, təşkilat türkdilli əhalinin olduğu, lakin üstünlük təşkil etmədiyi dövlətləri də qəbul etməyə hazırdır. Rusiya xarici işlər naziri ölkədəki türkdilli xalqların təcrid olunmadığını vurğulayıb. RİA Novosti xəbər verib.
TDƏŞ hazırda yeddi müstəqil Türk dövlətindən beşini əhatə edir: Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Özbəkistan.
Təşkilatın məqsədi qardaş ölkələr arasında əlaqələri könüllülük, hörmət və razılıq əsasında inkişaf etdirməkdir.
Bundan əvvəl Xarici İşlər Naziri Sergey Lavrov “Yeni Bilik” forumunda çıxış edərkən Rusiya tərəfinin və Cənubi Qafqazdakı tərəfdaşlarının Qarabağdakı vəziyyətin tənzimlənməsi səylərini müsbət qiymətləndirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:19 / 21.05.2021
Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olur? - Lavrovdan CAVAB
Hazırda oxunan: Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olur? - Lavrovdan CAVAB
Hazırda oxunan: Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olur? - Lavrovdan CAVAB
21909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.