Moldovanın prezident seçkilərinə səsvermə bəzi ölkələrdə vaxtından əvvəl DAYANDIRILDI

Moldovanın prezident seçkilərinə səsvermə bəzi ölkələrdə vaxtından əvvəl DAYANDIRILDI

Hazırda oxunan: Moldovanın prezident seçkilərinə səsvermə bəzi ölkələrdə vaxtından əvvəl DAYANDIRILDI

219080

Moldovada prezident seçkilərinə səsvermə bir sıra Avropa ölkələrində dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Moldovanın “5-ci Kanal”ı məlumat yayıb.

Bildirilib ki, Almaniya, Fransa və Belçikada seçki prosesi vaxtın əvvəl dayandırılıb. Rəsmilər buna səbəb kimi, məntəqələrdə kompüter sisteminin işləmədiyini bildiriblər.

Qeyd edək ki, bu gün Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb.

Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656,852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz - 401,215 səs toplayıb. Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplaya bilsəydi, qalib hesab olunacaqdır.

Seçkilərin birinci turunda prezidentliyə namizəd uğrunda 11 namizəd mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO