Fransada səhiyyə həmkarlar ittifaqları tətil edəcəklər - SƏBƏB

Fransada səhiyyə həmkarlar ittifaqları tətil edəcəklər - SƏBƏB

Hazırda oxunan: Fransada səhiyyə həmkarlar ittifaqları tətil edəcəklər - SƏBƏB

219058

Fransada səhiyyə sektorunun 4 əsas həmkarlar ittifaqı (CGT, FO, Sud və Unsa) 2025-ci ildə səhiyyə büdcəsinin azaldılmasına etiraz olaraq, noyabrın 4-dən dekabrın 21-dək tətil elan edib.

Bizim.Media xəbər verir ki, Fransada dövlət büdcəsinin böhranı bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da böyük etiraza səbəb olub. Xəstəxanalarda çarpayıların ləğv edilməsindən narazı olan insanlar büdcə problemi ilə üzləşiblər.

Fransa Xəstəxana Federasiyasına (FHF, dövlət sektoru) görə, xəstəxana sektoruna ayrılan səhiyyə xərclərinin artımı +3,1 faiz ilə məhdudlaşacaq, halbuki bu rəqəm real ehtiyac olan +6 faiz səviyyəsindən çox uzaqdır. Tibb işçiləri getdikcə daha çox mütəxəssisin xəstəxanadan qaçmasına səbəb olan xəstələr üçün çarpayı yerlərinin azaldılmasını tənqid edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO