Çexiya vətəndaşları Ukrayna ordusuna qoşula bilər - Prezident icazə verdi

Çexiya vətəndaşları Ukrayna ordusuna qoşula bilər - Prezident icazə verdi

Hazırda oxunan: Çexiya vətəndaşları Ukrayna ordusuna qoşula bilər - Prezident icazə verdi

219037

Çexiya Prezidenti Petr Pavel respublikanın 60 vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmağa icazə verib.

Bizim.Media xəbər verir ki, bu barədə Çexiya Radiosu dövlət başçısının mətbuat katibi Filip Platosa istinadən məlumat yayıb.
 

Ümumilikdə 180-dən çox çex Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün icazə almaq məqsədilə ərizə təqdim edib.


2022-ci il fevralın 24-dən etibarən respublika vətəndaşlarına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq üçün 132 icazə verilib. Lakin belə icazə alanlardan neçəsinin əslində Ukraynaya getdiyi məlum deyil.

Çexiya qanunvericiliyi respublika vətəndaşlarının prezidentin icazəsi olmadan hərbi və ya hərbiləşdirilmiş xarici birləşmələrdə iştirakını istisna edir. Bu qayda yaşayış icazəsi olan əcnəbilərə də şamil oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO