Moldovada prezident seçkilərinin ikinci turu başladı

Moldovada prezident seçkilərinin ikinci turu başladı

Hazırda oxunan: Moldovada prezident seçkilərinin ikinci turu başladı

218999

Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb.

Bizim.Media xəbər verir ki, ikinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu və Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo mübarizə aparırlar.

Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656,852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz - 401,215 səs toplayıb. Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplaya bilsəydi, qalib hesab olunacaqdır.

Seçkilərin birinci turunda prezidentliyə namizəd uğrunda 11 namizəd mübarizə aparıb.

Səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO