İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab vermək qərarına gəlib

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab vermək qərarına gəlib

Hazırda oxunan: İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab vermək qərarına gəlib

218978

İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 26-da ölkəyə qarşı olan hücuma görə İsrailə hərbi cavab vermək qərarına gəlib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kosari məlumat verib.
 

“Bəzi dövlət rəsmiləri və digər şəxslər deyə bilər ki, biz İsrailə cavab verməyəcəyik, lakin hökumətin daxilində və xaricində olan bu insanlar qərar qəbul etmirlər. Sionist rejimə (İsrailə - red.) hərbi cavab qərarı artıq Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilib”, - o deyib.


Qeyd edilib ki, İslam Respublikasının yeni əməliyyatı qarşı tərəf üçün dərs olacaq və onlar bir daha İrana zərbə endirmək səhvinə yol verməyəcəklər. “Cavabın necə həyata keçiriləcəyi plandan asılıdır, vaxt və məqsədlər isə planlaşdırıcıların ixtiyarındadır”, - Kosari əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO