“ABŞ Rusiyanın mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə baxımından sərhədi keçməyəcəyini gözləməklə yanılır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə verdiyi müsahibəsində bildirib.
O qeyd edib ki, Amerika dərin dövləti üçüncü dünya müharibəsini istəmir, lakin nədənsə onlar “rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə” inanırlar:
“Söhbət dövlətimizin varlığından gedirsə, bizim ölkə prezidentinin dəfələrlə dediyi, sizin təvazökar bəndənizin dediyi, başqalarının dediyi kimi, bizim başqa seçimimiz olmayacaq. Və Rusiya öz varlığını nüvə silahı ilə müdafiə etməyə hazır olacaq”.
Medvedev həmçinin bildirib ki, “Qərb qaydalarına əsaslanan dünya nizamı tezliklə dağılacaq”.
Bizim.Media