İsrailin təhlükəsizlik qüvvələri İsrailin hərbi planları ilə bağlı məxfi məlumatları sızdırmaqda şübhəli bilinən bir neçə nəfəri saxlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşr bildirib ki, həmin şübhəli şəxslərdən biri İsrailin Baş naziri Benyamin Netanyahunun köməkçisidir.
Qeyd edək ki, İsrail Baş naziri daha əvvəl verdiyi açıqlamalarda onun ofisindən heç kimin dindirilmədiyini və saxlanılmadığını bildirmişdi.
Bizim.Media