HƏMAS-ın siyasi bürosunun üzvü İzzəddin Kəssam öldürülüb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, o, İsrailin Qəzzada Xan Yunus bölgəsinə endirdiyi zərbə nəticəsində həyatını itirib.
Bundan əlavə HƏMAS-ın daha bir komandiri Hessam Bədran da İsrail tərəfindən öldürülüb.
Xatırladaq ki, HƏMAS-ın lideri olmuş İsmayıl Haniyə və Yəhya Sinvar da İsrail tərəfindən məhv edilmişdi.
Bizim.Media