Rusiyanın “qatil” peykləri hərəkətə keçib

Rusiyanın “qatil” peykləri hərəkətə keçib

Hazırda oxunan: Rusiyanın “qatil” peykləri hərəkətə keçib

218806
Məxfi kosmik aparat “Kosmos-2521” son üç ay ərzində faktiki olaraq hərəkətsiz qalmış “Kosmos-2519”la müqayisədə manevr etməyə başlayıb.

Rusiyanın məxfi peyklərinin trekinqini britaniyalı ekspert Fillip Klark araşdırıb.

Ekspertin dediyinə görə, “Kosmos-2521”xa0 martın ortalarından etibarən tədricən “Kosmos-2519”danxa0 uzaqlaşmağa başlayıb. Trekinqə əsasən, kosmik aparatlar arasında olan məsafə bir həftə ərzində gah azalıb, gah artıb.

xa0“Kosmos-2519”xa0 iyunun 23-ü (2017-ci il)xa0 havaya buraxılıb.xa0 Orbitə buraxılışdan iki ay sonra ondan “Kosmos-2521” inspektor peyki ayrılıb.

2017-ci ildə Rusiya kosmik qüvvələri manevr edə bilən “Kosmos-2521” aparatının uğurlu sınağını həyata keçirib. Qatil-peyk adlandırılan bu aparatlar təkcə müşahidə aparmağa deyil, eyni zamanda hədəf seçilmiş peyki zərərsizləşdirməyə imkan verir.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO