Rusiya ərazisində olan 10 min Şimali Koreya hərbçisindən 8 mini Kursk bölgəsində yerləşdirilib, lakin onlar hələ də Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmirlər.
Bizim.Media “vesti.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton Şimali Koreyanın Rusiya ilə dərinləşən təhlükəsizlik münasibətlərinə cavab vermək üçün avropalı tərəfdaşları ilə işləyir.
“Hesablamalarımıza görə, hazırda Rusiyada 10 minə yaxın Şimali Koreya əsgəri var və son məlumatlara görə, onlardan 8 minə qədəri Kursk vilayətinə köçürülüb. Biz hələ bu qoşunların Ukrayna qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini görməmişik, lakin bunun yaxın günlərdə baş verəcəyini gözləyirik”.
ABŞ rəsmisi əlavə edib ki, bu qoşunlar Ukraynaya qarşı döyüş və ya dəstək əməliyyatlarında iştirak etsələr, qanuni hərbi hədəfə çevriləcəklər.
Xatırladaq ki, daha əvvəl Pentaqon da Kurs vilayətində KXDR hərbçilərinin olduğunu təsdiqləmişdi.
Bizim.Media